HAQQIMIZDA

Heydər Əliyev

“Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir…”

Biz kimik

My Azerbaijan layihəsi, bizim səfərlərimiz- artıq vahid komandaya çevrilmiş ekstrimal dostların səyahətidir. Məqsədimiz- sevimli Xəzər dənizindən, vəhşi təbiətindən və çadırda gecələmələrdən tarixi və unudulmaz məkanlarına kimi bütün ucqar guşələri ilə əsl Azərbaycanı təsvir etməkdir.
Marşrutlarımız unikaldır, səfərlərimiz isə bəzən çətin və hədsiz dərəcədə ekstrimal görünür, lakin biz çalışırıq ki, dəyərli vaxtınızı boşuna almayaq. Səyahətlərin hər bir dəqiqəsi unudulmaz emosiya və təəssüratlar daşıyır. My Azerbaijan komandası sizə ölkəmizi fərqli, tamamilə adət edilməmiş şəkildə görməyi təklif edir.

Partnyorluq

Partnyorumuz olmaq istəyən təşkilatlar, eləcə də fiziki şəxslərlə əməkdaşlıq etməyə hazırıq. Zəhmət olmasa, anketi doldurun yahud poçt ünvanına yazın: myazerbaijan.az@gmail.com və biz ən qısa zamanda təklifinizi dəyərləndiricəyik. Etibarlı partnyorlarla əməkdaşlıq təkliflərinə şad olarıq. My Azerbaijan layihəmizə göstərdiyiniz marağa görə minnətdarıq!

Bizimlə əməkdaşlıq

My Azerbaijan komandası bütün maraqlı tərəfləri qarşılıqlı əlverişli əməkdaşlığa dəvət edir.
Səfərlərimizlə bağlı maraqlı ideyalarınız var?
Bəlkə bizə yeni marşrutlar təklif etmək istəyirsiniz?
Əməkdaşlıqla bağlı bütün suallarınızı cavablandırmağa şad olarıq.
Təklif və xidmətlərinizi zəhmət olmasa verilmiş ünvana göndərin: myazerbaijan.az@gmail.com

Bizdən almaq

My Azerbaijan layihəsinin işlərini almaq istəyirsiniz?
Sizə işlərimizi əldə etməyin 2 variantını təklif edirik.
1) Birdəfəlik
2) Müəlliflik
Birdəfəlik – Siz işləri alırsınız, lakin o eyni zamanda My Azerbaijan komandasında və saytında qalır.
Müəlliflik – Siz müəlliflik hüququnun sahibi olursunuz, həmin iş bütün daşıyıcılardan silinir və sadəcə sizə məxsus olur.

Bizimlə iş imkanı

My Azerbaijan komandası istedadlı insanları və ekstrimi sevən insanları salamlayır!
Siz rəssam, blogger, fotoqraf və ya sadəcə səyahəti sevən birisiniz?
Biz hər zaman dialoqa hazırıq!
My Azerbaijan layihəsinin bir hissəsi olmaq şansını qaçırmayın!
İdeya və ərizələrinizi myazerbaijan.az@gmail.com ünvanına göndərin və bəlkə də məhz siz komandamızın üzvü olacaqsınız!

Bizimlə Layihə

Burada sizin layihəniz də ola bilər! My Azerbaijan layihəsi ideyalarınızı gerçəkləşdirməyə kömək edə bilər.
İdeyanız var – onu reallaşdırmağa kömək etməyə hazırıq.
Layihələr müvəqqəti və daimi ola bilər.
İdeyalarınızın təfsilatını poçt ünvanına göndərə bilərsiniz: myazerbaijan.az@gmail.com

Məqsəd 1

Turistlərin cəlb olunması məqsədi ilə ölkəmizə marağın artırılması. Həmçinin istərdik ki, Azərbaycan haqqında düşündükdə insanların təsəvvüründə gözəl mənzərə canlandırmaq üçün ölkəmizi dünya informasiya mühitində müfəssəl tanıdaq. Eyni zamanda yerli əhali arasında ölkədaxili turizmi də inkişaf etdirmək istərdik. Çünki öz yurdunu daha yaxşı tanımaq hər zaman maraqlıdır.

Məqsəd 2

İnsanları ekologiya və ətraf mühitin mühafizəsinə səsləmək. Yerli əhalini və əcnəbiləri təbiətimizin təbliğinə və qorunmasına cəlb etmək, həmçinin Azərbaycanın bütün guşələrinin necə gözəl və rəngarəng olduğunu göstərmək. Ölkəmizdə bəbirlərin mövcudluğunu bilirdinizmi? Bəs dəmir ağacının necə göründüyünü görmüsünüz? Bizim layihə bütün bunlardan nəinki söz açacaq, həm də göstərəcək. Ölkəmizə heyran qalacaqsınız.

Məqsəd 3

Ölkənin yeni rakurslarının yaradılması məqsədi ilə yeni maraqlı və unudulmaz məkanların axtarışı. Bəzən səyahət edərkən inanmaq olmur ki, bu bizim ölkəmizdir! Hər bir məkan unikaldır və məqsədimiz – bu məkanları tapıb sizlərə göstərməkdir.

Orxan Aslanov

Fariz Quliyev

Shəxriyar Kəyani

Rufət Rajabov

Leyla Ismayilzadə

Murad Aslan